Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi Mark Rene Mampassi mövsümün sonuna qədər icarə əsasında “Turan Tovuz”un formasını geyinəcək.
Offsideplus.az xəbər verir ki, Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk” klublarında çıxış edib.
Mampassi Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxıb. O, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda forma geyinib.
Mərkəz müdafiəçisi karyerası ərzində ümumilikdə 87 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.