EN

Rusiyalı tennisçi bu turnirinin üçüncü mərhələsinə yüksəldi

Rusiyalı tennisçi Anna Kalinska Doha (Qətər) şəhərində keçirilən WTA-1000 kateqoriyalı turnirdə üçüncü mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə Kalinska amerikalı rəqibi Emma Navarronu üç setlik gərgin mübarizədə 7:5, 2:6, 6:2 hesabı ilə məğlub edib. Görüş 2 saat 5 dəqiqə davam edib.

Doha turniri 8–14 fevral tarixlərində keçirilir. Qeyd edək ki, turnirin hazırkı qalibi amerikalı tennisçi Amanda Anisimovadır.

Chosen
108
90deqiqe.az

1Sources