EN

İcra başçısı Bahar qəsəbəsində səyyar qəbul keçirilib - FOTO

10 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən rayonun Bahar qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirilib.

Paytaxt.org bildirir ki, səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, rayon icra hakimiyyətinin şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Səyyar qəbuldan əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, yol, su, elektrik enerjisi, abadlıq-quruculuq tədbirləri və digər sosial sahələr üzrə aparılan məqsədyönlü fəaliyyətlərdən bəhs edib. Qeyd olunub ki, vətəndaşların problemlərinin yerində dinlənilməsi və operativ həlli dövlət siyasətinin əsas prioritetlərindəndir.

Səyyar qəbul zamanı qəsəbə sakinləri tərəfindən müxtəlif mövzuları əhatə edən müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciəti rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, bəzi müraciətlər yerindəcə araşdırılaraq müvafiq izahatlar verilib, vaxt tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Səyyar qəbulun sonunda Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov çıxış edərək vətəndaşları kibercinayətkarlıq və dələduzluq halları ilə bağlı daha diqqətli və ehtiyatlı olmağa çağırıb.

Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov tərəfindən hərbi təlimlər və çağırış prosesi ilə bağlı qəsəbə sakinlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qəsəbə sakinləri səyyar qəbuldan məmnunluqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Chosen
184
1
paytaxt.org

2Sources