EN

“Qarabağ”ın rəqibinin baş məşqçi postuna əsas namizəddir - Məşhur alman

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatından sonra iş yerini dəyişə bilər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Nyukasl”ın baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Premyer Liqadakı uğursuz çıxış səbəbindən “sağsağanlar”ın hazırkı baş məşqçisi Eddi Hou yay aylarında vəzifəsindən uzaqlaşdırıla bilər. Məhz bu halda Tuxelin komandaya rəhbərlik etməsi gündəmə gələ bilər.

Tuxel İngiltərə çempionatı ilə yaxından tanışdır. O, daha əvvəl “Çelsi”ni çalışdırıb və Premyer Liqada kifayət qədər təcrübə qazanıb.

“Nyukasl” ölkə çempionatında 25 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Komanda Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Chosen
45
sportinfo.az

1Sources