EN

"Turan Tovuz"dan yeni transfer

style='margin-bottom:10px;'>

"Turan Tovuz" müqavilə əsasında Rusiyanın "Lokomotiv" (Moskva) klubuna məxsus olan Mark Mampassini transfer edib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Müdafiəçi icarə əsasında mövsümün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq. Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. 

Qeyd edək ki, Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

Chosen
10
24
teleqraf.com

10Sources