EN

Səni öldürə bilmədik, Nəriman

Az qala 10 min km məsafə qət edib Azərbaycana futbol oynamağa gələn istənilən oyunçu hörmətə layiqdir.

Futbol rəqabətdir. Deməli, həmin futbolçu rəqabətdən, mübarizədən qorxmur ki, deyək ki, Kabo-Verdedən Azərbaycana gəlir. Həm ölkəsini təmsil edir, həm də pul qazanıb ailəsini saxlayır.

Necə hörmət etməyəsən ona?

Və o cümlədən, hətta Nepal çempionatında da oynayan azərbaycanlı futbolçu hörmətə layiqdir.

Biz onu öldürə bilmədik: asdıq, güllələdik, təhqir etdik, ələ saldıq. Amma o, sağ qaldı. Nəinki sağ qaldı, futbol oynamaq üçün okeanı adlamaq cəsarəti də tapdı.

Chosen
10
7
publika.az

10Sources