EN

Bakıya narkotik daşıyan kuryerlər Cəlilabadda həbs edildilər

Cəlilabadda 14 kiloqram narkotik vasitəni satmaq istəyən şəxslər ələ keçiblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə saxlanılıblar.

Onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla adıçəkilən şəxslərin xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.
Chosen
25
24
7news.az

10Sources