Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Belqorod vilayətinin Qolovino kəndində Ukraynanın istehsal müəssisəsinə dron hücumu nəticəsində üç nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Belqorod rayonunun Qolovino kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarə istehsal müəssisəsinə hücum edib. Üç nəfər yaralanıb”, – deyə o yazıb.
Qubernatorun sözlərinə görə, təcili yardım işçiləri qarın və üz nahiyəsindən qəlpə yaraları alan iki kişini, eləcə də barotravma ilə xəstələnən daha bir kişini 2 nömrəli Belqorod Şəhər Xəstəxanasına aparıblar.
Qladkov əlavə edib ki, hücum zamanı yaxınlıqda yerləşən qaraja və üç avtomobilə ziyan dəyib.
Maqsud
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.