EN

Gürcüstan portalında ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair müsahibə dərc edilib

Tbilisi, 11 fevral, AZƏRTAC

Gürcüstanda geniş oxucu kütləsinə malik qafqazturk.com saytında (QafqazTürk Media) AZƏRTAC-ın xüsusi müxbirinin müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə xüsusi müxbir Xətayi Əzizov ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ilə bağlı QafqazTürk Medianın suallarını cavablandırıb.

O, Azərbaycan-ABŞ münasibətləri, Cey.Di.Vensin səfərinin əhəmiyyətini qeyd edib, iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın detallarını açıqlayıb.

Chosen
69
2
azertag.az

3Sources