Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik qafqazturk.com saytında (QafqazTürk Media) AZƏRTAC-ın xüsusi müxbirinin müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə xüsusi müxbir Xətayi Əzizov ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ilə bağlı QafqazTürk Medianın suallarını cavablandırıb.
O, Azərbaycan-ABŞ münasibətləri, Cey.Di.Vensin səfərinin əhəmiyyətini qeyd edib, iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın detallarını açıqlayıb.