EN

İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?

style='margin-bottom:10px;'>

"Birminqem Siti"nin və Nigeriya millisinin müdafiəçisi Brayt Osayi-Samuel milli komanda seçimi ilə bağlı maraqlı açıqlamalar verib.

QOL.az "OmaSportsTV"yə istinadən xəbər verir ki, uşaqlıq illərini İngiltərədə keçirən və bu ölkənin vətəndaşı olan futbolçu çıxış etdiyi Nigeriya yığmasından danışıb.

İngiltərə millisində oynamaq imkanı barədə sualı cavablandıran təcrübəli cinah oyunçusu deyib:

"Dostlarım da məndən bunu soruşurlar. Valideynlərim məni Nigeriya mədəniyyəti ilə böyüdüblər. Toylarımız, yeməklərimiz, adətlərimiz... Hər zaman vətənimin təsiri altında olmuşam".

Osayi-Samuel İngiltərə millisindəki mühitin Nigeriyadakı kimi olmadığını vurğulayıb:

"Bəziləri deyə bilər ki, futbol baxımdan İngiltərə millisi daha üstündür. Amma orada bu cür birlik və səmimiyyət yoxdur. Nigeriya millisindəki o ab-havanı, o auranı İngiltərədə görə bilməzsiniz".

Chosen
17
1
teleqraf.com

2Sources