EN

Bu sınaqlar ABŞ hava məkanının bağlanmasına səbəb olub

Yazını böyüt
Yazını kiçilt

Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığı Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava məkanının bağlanmasına səbəb olub.

Hafta.az xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer sınaqları planlaşdırıb.

FAA isə mülki aviasiyanın təhlükəsizliyini əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Pentaqonun sınaqları keçirib-keçirmədiyi hələlik açıqlanmayıb. ABŞ mediası qərarın təhlükəsizlik səbəbi ilə verildiyini bildirir.

Chosen
36
12
hafta.az

10Sources