AZ

ABŞ hava məkanını niyə bağladı?

Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava məkanı bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadla məlumat yayıb.

Buna səbəb Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığıdır.

Məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer sınaqları planlaşdırıb. FAA isə mülki aviasiyanın təhlükəsizliyini əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Seçilən
18
12
bakivaxti.az

10Mənbələr