EN

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri məlum olur

Bakı.Trend:

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşküatılacaq.

Trend xəbərverir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatmamərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlumolacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda püşkatma zamanı 1-cisəbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komandaolan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfərprinsipi olmaqla 4 matç keçirəcəklər.

D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digəriki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarındansonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası

2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya,Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya,Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi,Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütününməğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsüm sentybarın24-də start götürəcək.

Chosen
89
23
az.trend.az

10Sources