Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Qafur Məmmədov” quruyük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilənəsaslı təmirdən sonra çıxdığı ilk səfərini uğurla başa vurub.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, gəmi Gürcüstanın Poti limanından MoldovanınCurculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük tam şəkildəartıq gəmidən boşaldılıb.
Hazırda “Qafur Məmmədov” gəmisi növbəti səfər üçün yükləmənigözləyir.
Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metrolan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.