EN

Banqladeşdə seçki günü partlayış: 3 nəfər yaralandı

Bakı, 12 fevral, AZƏRTAC

Banqladeşin Qopalqanq şəhərində milli seçkilər zamanı seçki məntəqəsində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Yerli mətbuatın polisə istinadla yaydığı məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
97
1
azertag.az

2Sources