Ukrayna böhranı ilÉ™ baÄŸlı danışıqlar prosesi AnkoricdÉ™ keçirilÉ™n Rusiya-Amerika sammitindÉ™ É™ldÉ™ edilÉ™n anlaÅŸmalar çərçivÉ™sindÉ™ qalmalıdır.Â
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Jirinov oxunuşları" beynəlxalq elmi-ekspert forumunda bildirib.
"ABŞ Prezidenti Donald Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və orada münaqişənin həlli yolları ilə bağlı fundamental anlaşmalar əldə edilib. O vaxtdan bəri davam edən danışıqlar prosesi, fikrimizcə, Ankoricdə müəyyən edilmiş çərçivəyə uyğun nəticələrə gətirib çıxarmalıdır", - deyə nazir müavini qeyd edib.
Ryabkovun sözlərinə görə, bu, Ukraynadakı əməliyyatın məqsədlərinə siyasi və diplomatik vasitələrlə çatmağa, Ukraynada sülhə və həmçinin Rusiya-Amerika münasibətlərinin normallaşmasına aparan çətin, lakin etibarlı bir yoldur.
Zeynəb Rzayeva
Â