EN

Ötən il Səngəçal terminalından 27 mlrd. kubmetr Şahdəniz qazı ixrac edilib

2025-ci ildə Səngəçal terminalından təqribən 209 milyon barel neft və kondensat ixrac edilib...

Poliqon BP-nin Azərbaycanda fəaliyyətinə dair 2025-ci ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki, terminaldan 27 milyard kubmetr Şahdəniz qazı ixrac edilib.

Məlumata görə, hazırda terminal gündəlik 1,2 mln. barel neft və kondensat və 100 mln. kubmetr qaz ixrac etmə gücünə malikdir.

Qeyd edilib ki, ötən il Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi üzrə üç əsas müqavilə imzalanıb və hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər – o cümlədən mühəndis -layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri, təhlükəsiz şəkildə və qrafikə uyğun davam edir.

Poliqon.info

Chosen
30
2
poliqon.info

3Sources