EN

"Şahdəniz" yatağının 2025-ci il üzrə ümumi hasilat həcmləri açıqlandı

Bakı. Trend:

2025-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “ŞahdənizBravo” platformalarından birlikdə təqribən 27 milyard standartkubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel)kondensat hasil edilib.

Trend xəbər verirki, 2024-cü illə müqayisədə (28 milyard standart kubmetr) qazhasilatı 3,8 faiz azalıb, kondensat istehsalı isə 2024-cü ildəkisəviyyəsində qalıb.

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan(GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylıobyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılmasıdavam edib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%),LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO(10,00%), MVM (5,00%).

Məqalədə:
Chosen
74
1
az.trend.az

2Sources