EN

Deputat: “Onlar da qanunauyğun formada həbs olunub, Azərbaycana gətiriləcəklər”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çox geniş açıqlama verib. Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri Azərbaycan Respublikasının müvafiq qanunları ilə cəzalarını almalıdırlar. Hazırda onlardan kim Azərbaycan ərazisindədirsə, məsuliyyətə cəlb olunub. Ramiz Mehdiyev, Əli Kərimli haqqında həbs qətimkan tədbiri seçilib. Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları barədə də qiyabi qaydada məhkəmə qərar verib, haqlarında axtarış elan olunub. Allahın izni ilə, qanunauyğun formada həbs olunub, Azərbaycana gətiriləcəklər. Dövlətə və onun təhlükəsizliyinə qarşı törədilən əməllər cəzasız qalmayacaq. Layiqli cəzalarına çatacaqlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, hazırda yayılan məlumatlar 2010-2013-cü illərdə dövlətin aidiyyəti hüquq-mühafizə orqanlarına məlum olsaydı, o dövrdə mütləq müvafiq tədbirlər görülərdi: “Onlar gizli qaydada fəaliyyət göstəriblər. Bu qanunazidd fəaliyyətləri sonradan aşkar olunub. Aşkar olunandan sonra müvafiq tədbirlər görülür və görülməyə davam edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Fevral 2026, 15:48   
Chosen
120
pravda.az

1Sources