EN

"Milli Şura" rəsmən "rus projesi" çıxdı: "Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov cəzasını alacaq"

"Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi ilə bağlı fəaliyyət göstərib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib.

Məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib. 

Məsələ ilə bağlı millət vəkili Elman Nəsirov “Cebheinfo.az”-a bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti artıq videoroliklərdən ibarət geniş bir məlumat yaydı və həmin videoda konkret faktlarla Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov, onlarla birgə digərləri Azərbaycanda dövlət quruluşunu devirmək, zorla hakimiyyəti ələ almaq kimi planlara malik olmaları sübuta yetirilir: 

“Ramiz Mehdiyev telefon danışıqlarında da xarici ölkənin xüsusi xidmət orqanları ilə bu istiqamətdə  açıq şəkildə danışır. Azərbaycanda dövlət quruluşunun dəyişilməsi ilə bağlı planın göndərildiyini bildirir.

Bunlar onun öz səsi ilə əşyayi-dəlil, fakt olaraq ortadadır. Eyni zamanda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının digər üzvü Qənimət Zayıdin telefon danışığından məlum olur ki, onlar ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq naminə hakimiyyəti zorla ələ almaq, hətta Azərbycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaqla bağlı bir öhdəliyə malik olublar. 

Bu yolla Əli Kərimlinin hakimiyyətə gəlişini təmin etmək istəyiblər. Yəni bütün bunlar onların öz səsləri, ifadələri ilə təsdiqini tapır. Bir daha məlum olur ki, Əli Kərimlinin evindən tapılan Ramiz Mehdiyevə məxsus məktub da təsadüfi deyil. Artıq DTX  təkzibedilməz faktları ortaya qoyub.

Ona görə də Azərbaycan cəmiyyəti ona şahidlik etdi ki, ölkədə dövlət quruluşunu kimlər devirmək istəyib, onlar hansı anti-Azərbaycan qüvvələrə xidmət ediblər. Onların xisləti nədir və Azərbaycanı hansı çıxılmaz vəziyyətə, hansı beynəlxalq dairələrdən asılı vəziyyətə salmaq istəyiblər. Bunlar artıq gün kimi aydın bir həqiqət olaraq ortaya çıxıb.

Hesab edirəm ki, bu təkzibedilməz faktlar fonunda Azərbaycan dövlətçiliyinə qarşı çıxış edən həmin şəxslər, Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və digərləri öz cəzalarını alacaqlar”.

Chosen
87
50
cebheinfo.az

10Sources