EN

Azərbaycan: Supergüclərin əməkdaşlıq etdiyi ölkə

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Müasir dünyada milli maraqların qorunması ilə böyük və güclü dövlətlərlə, o cümlədən qlobal güc mərkəzləri ilə əməkdaşlıq zəruridir”. 

Bu sözləri “Cebhe.info" Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, beynəlxalq münasibətlər sistemində önəmli məsələlərdən ən vacibidir:

“Azərbaycanın uğurlu siyasəti nəticəsində dövlət olaraq buna nail olunub. Çoxvektorlu siyasətlə Azərbaycan bu gün dünyanın diqqət mərkəzində olan, müxtəlif dövlətlərin əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir. Regional və qlobal miqyasda nüfuzlu aktor dövlətlərdəndir. Bu gün Azərbaycanın Türkiyə, Rusiya, Çin, ABŞ, Avropa Birliyi, o cümlədən digər Asiya ölkələri ilə geniş əlaqələri mövcuddur. Siyasi, iqtisadi, hərbi əməkdaşlıqdan nəqliyyat-logistika əlaqələrinə qədər bir çox sahələr əhatə edilir”.

Ekspert qeyd edib ki, Azərbaycan bu gün regionun və bütövlükdə mənsub olduğumuz dünyada, Avrasiya məkanında özünəməxsus bir yer tutur:

“Azərbaycan birtərəfli formada bu əməkdaşlıqda və əlaqələrin inkişafında maraqlı deyil. Qarşı tərəflərdən də bu maraq çox böyükdür. Avropa Birliyinə daxil olan 10-dan çox ölkənin enerji təminatında Azərbaycan əsas pay sahibidir. Bu o deməkdir ki, Azərbaycan Avropanın stabil enerji təchizatçısı olan ölkələrdən biridir. Bundan əlavə, ölkəmiz qlobal ticarət marşrutlarında əsas rol oynayır.

Ona görə də əsas güc mərkəzləri, dövlətlər və müxtəlif beynəlxaql şirkətlər Azərbaycanla əməkdaşlıqda maraqlıdır, bu münasibətlərin inkişafına çalışırlar”.

Rəfail Becanov vurğulayıb ki, bütün bunlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir: 

“Ölkəmiz rasional və praqmatik siyasət nəticəsində dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən güc mərkəzi kimi qəbul olunur. Yeni dünya düzənin formalaşdığı, münaqişələrin qlobal müstəviyə keçdiyi bir zamanda bu imici qazanmaq, sabit və etibarlı mövqe müəyyənləşdirmək, onu qoruyub saxlamaq asan deyil.

Lakin Azərbaycan özünün uğurlu siyasəti ilə milli maraqlarını qorumaqla, dövlət təhlükəzisliyni təmin etməklə, uğurlu iqtisadi inkişaf modelini də inkişaf etdirir. Ümumilikdə götürsək, Azərbaycanın düzgün və planlı siyasəti bizim mövqelərimizi gücləndirir. Rasional və praqmatik siyasət Azərbaycanı regional güc mərkəzi olaraq tanıtdırmaqla yanaşı, eyni zamanda qlobal səviyyədə əsas tərəfdaş ölkəyə çevirir”.

"Cebheinfo.az"

Açar sözlər:

Azərbaycan Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
cebheinfo.az

10Sources