EN

Birbank debet kartları arasında köçürmələr limitsizdir

Maliyyə bazarında texnoloji həlləri ilk tətbiq edən brendlərdən olan Birbank milyonlarla müştərisinə daha rahat, əlçatan maliyyə alətləri təqdim edir.

Bank xüsusən də müştərilərin kartdan karta köçürmələrdə əlavə ödəniş, limit kimi narahatlıqlarına birdəfəlik son qoyur. Belə ki, Birbanklılar Birbank debet kartından digər Birbank debet kartına köçürmə edərkən nə limitlə, nə də əlavə ödənişlə qarşılaşırlar. Bu isə o deməkdir ki, debet kart sahibləri istədikləri vaxt, istədikləri məbləği, heç bir maneə olmadan digər Birbank debet kartına köçürə bilirlər. Gecə və ya gündüz, iş günü və ya həftəsonu – proses həmişə sürətli, limitsiz və komissiyasızdır.

Birbank yalnız bankçılıq xidməti deyil, gündəlik həyatın maliyyə rahatlığıdır. Limitsiz və komissiyasız köçürmələr isə bu rahatlığı bir addım da irəli aparır.

Birbank debet kartını Birbank mobil tətbiqindən cəmi bir neçə saniyəyə əldə etmək mümkündür.

Chosen
43
18
publika.az

10Sources