EN

Salyanda bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq ölüb

Salyan rayonunun Çadırlı kəndində qidadan zəhərləndikləri ehtimal olunan bir ailənin üç üzvünün vəziyyəti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-si saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

Məlumata görə, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib, bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü azyaşlı fevralın 12-si saat 15:00 radələrində xəstəxanaya hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

Hazırda digər 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Chosen
34
6
ikisahil.az

8Sources