Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində hərəkətin təşkili ilə bağlı ziddiyyətli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücülük təlimçisi Xəyalə Mustafayeva sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, sözügedən ərazidə yol nişanı ilə asfalt üzərindəki nişanlanma xətləri bir-birinə uyğun gəlmir.
Təlimçinin sözlərinə görə, ərazi üç zolaqdan ibarətdir. Yolun yuxarı hissəsində quraşdırılmış “Zolaqlarda hərəkət istiqamətləri” nişanında (5.8.1) orta zolaqdan yalnız düz istiqamətdə hərəkətə icazə verilir.
O, orta zolaqda hərəkət etdiyi üçün sağa dönəcəyi üçün dönmə siqnalını yandıraraq ən sağ zolağa manevr edib.
Lakin zolağa keçdikdən sonra sürücü yolun üzərindəki üfüqi nişanlanmada orta zolaqdan da sağa dönməyə icazə verildiyini müşahidə edib.
Belə ki, yol nişanı ilə yolun üzərindəki istiqamət oxları arasında ziddiyyət ortaya çıxıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yol nişanları və üfüqi nişanlanma bir-birinə zidd olduqda sürücülər yol nişanlarının tələbini əsas götürməlidirlər.
Bu cür uyğunsuzluqlar sürücülərin çaşmasına və yol-nəqliyyat hadisələri riskinin artmasına səbəb ola bilər.
Məsələ ilə bağlı aidiyyəti qurumların sözügedən küçədə hərəkətin təşkilini yenidən nəzərdən keçirməsi zəruri hesab olunur.
Nərmin
Oxunub 138
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.