EN

"Şəfa"nı yenə bilən tapılacaqmı? - Uğurlu seriya davam edir

1-ci Liqanın 14-ci turu çərçivəsində bu gün səfərdə "Səbail" ilə 0:0 hesablı heç-heçəyə razılaşan luder "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 27 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 14-ü isə 1-ci Liqaya təsadüf edib. 

Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 32 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. 

Nihat 

Chosen
13
2
fanat.az

3Sources