AZ

Şəfa nın məğlubiyyətsiz oyunlar seriyası davam edir

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci Liqanın 13-ci turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda "Baku Sportinq" ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 26 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 13-ü isə 1-ci Liqaya təsadüf edib. 

Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 31 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. 

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
2
fanat.az

3Mənbələr