EN

“Atletiko” “Barselona”nı darmadağın etdi

BAKI, 13 fevral. TELEQRAF

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda Madridin “Atletiko” klubu doğma meydanda “Barselona”nı 4:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, görüş Madriddəki “Metropolitano” stadionunda keçirilib.

Oyunun 6-cı dəqiqəsində “Barselona”nın müdafiəçisi Erik Qarsiya topu öz qapısına göndərib. “Atletiko”nun heyətində Antuan Qrizmann (14-cü dəqiqə), Ademola Lukman (33) və Xulian Alvares (45+2) fərqləniblər. Matçın 86-cı dəqiqəsində Erik Qarsiya qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Cavab oyunu martın 3-də Barselonada keçiriləcək.

Yarımfinalın digər cütündə “Atletik” və “Real Sosyedad” komandaları üz-üzə gəlirlər. Bu komandalar arasında ilk oyun “Atletik”in meydanında keçirilib və “Real Sosyedad”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması martın 4-nə təyin olunub.

Chosen
45
teleqraf.com

1Sources