Almaniya, digər ölkələrin Kiyevə ümumilikdə 30 belə sistem tədarük etməsi şərtilə, Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün beş PAC-3 raketi tədarük edəcək. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sky News YouTube kanalında dərc olunmuş çıxışının səs yazısında bildirib.
"Hamımız bilirik ki, həyat xilas etməkdən danışırıq və bu, həftələr və ya aylar deyil, günlər məsələsidir", - Pistorius deyib.
Onun sözlərinə görə, sözdə "könüllülər koalisiyası"nın bir sıra açıqlamaları var, bəziləri hələ yekunlaşdırılmayıb. Nazir müttəfiqlərin "30 üstəgəl 5" məqsədinə çata biləcəyinə əminliyini ifadə edib.
Pistorius həmçinin bildirib ki, Ukraynanın özünümüdafiəsini təmin etmək üçün ən azı 60 milyard dollara ehtiyacı var.
Əziz MUSTAFA