EN

Braziliya millisində Ançelotti ilə bağlı qərar verildi

BAKI, 13 fevral. TELEQRAF

Braziliya Futbol Konfederasiyası millinin baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.

İtaliyalı mütəxəssis daha 4 il "samboçular"ı çalışdırmağa razılıq verib.

Ançelotti hazırda Braziliya milli komandasında ildə təxminən 10 milyon avro qazanır.

Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin mayından bəri Braziliya seçməsinin baş məşqçisidir.

Chosen
106
20
teleqraf.com

10Sources