EN

Gələn həftə çoxmilyardlıq planını açıqlayacaq

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının gələn həftə keçiriləcək ilk rəsmi iclasında Qəzza zolağının bərpasına dair çoxmilyardlıq planını açıqlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Associated Press” agentliyi yayıb. 

İclas çərçivəsində müharibə nəticəsində dağılmış Qəzza zolağının bərpasına bir neçə milyard dollar ayrılacağı gözlənilir. 

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası azı 20 ölkədən nümayəndə heyətlərinin Sülh Şurasının fevralın 19-da baş tutacaq həmin ilk iclasında iştirak edəcəyinə ümid edir. 

Xatırladaq ki, yanvarın 22-də Davosda Şülh Şurasının təsis edilməsinə dair tədbir keçirilib. Azərbaycan  təsisçi üzv dövlət kimi bu şuraya qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
qafqazinfo.az

2Sources