EN

Azərbaycan nümayəndə heyəti Ermənistana getdi – VİDEO

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.
 

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.


Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan nümayəndə heyəti İrəvana hava yolu ilə gedib, noyabrda isə Ermənistan nümayəndə heyətinin cavab səfəri baş tutub.


Bizim.Media

Chosen
38
15
bizim.media

10Sources