Fevralın 13-14-də Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək. Bu müzakirədə Ermənistan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək. "Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən daha geniş qruplar da iştirak edəcəklər.
News365.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissələri vasitəsilə Ermənistana gedib. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan vacib praktik addım sayılır.
Müzakirələr zamanı Ermənistan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci ilin avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannamədən irəli gələn prosesləri müzakirə edəcəklər.