EN

Prokuror vətəndaşları aldadan qadına cəza istədi

Sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxışı edib. 

Dövlət ittihamçısı məhkəmədən  Samirə Mirzəyevanın 8 il 6 ay 23 gün  müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə hökmün elanını 20 fevrala təyin edib.

Xatırladaq ki, Samirə Mirzəyevaya  qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Chosen
20
2
yenisabah.az

4Sources