EN

«Atletiko» İspaniya Kubokunun yarımfinalında «Barselona»nı darmadağın etdi

«Atletiko» İspaniya Kubokunun ilk yarımfinal oyununda «Barselona»nı məğlub etdi.

Oxuməni.az xəbər verir ki, Madriddə keçirilən görüş 4:0 hesabı ilə başa çatdı. Qolları Antuan Qrizmann, Ademola Lukman və Xulian Alvares vurublar. Daha bir qolu isə «Barselona»nın müdafiəçisi Erik Qarsiya öz qapısına vurub.

85-ci dəqiqədə Qarsiya qırmızı vərəqə alıb.

Cavab oyunu 3 martda Barselonada keçiriləcək.

Almaz Həsənli

Chosen
28
oxumeni.az

1Sources