«Atletiko» İspaniya Kubokunun ilk yarımfinal oyununda «Barselona»nı məğlub etdi.
Oxuməni.az xəbər verir ki, Madriddə keçirilən görüş 4:0 hesabı ilə başa çatdı. Qolları Antuan Qrizmann, Ademola Lukman və Xulian Alvares vurublar. Daha bir qolu isə «Barselona»nın müdafiəçisi Erik Qarsiya öz qapısına vurub.
85-ci dəqiqədə Qarsiya qırmızı vərəqə alıb.
Cavab oyunu 3 martda Barselonada keçiriləcək.
Almaz Həsənli