EN

PAŞA Bank bu il səhmdarlarına 129 milyon manat həcmində dividentlər ödəməyi planlaşdırır

Bakı. Trend:

PAŞA Bank ASC ötən ilin maliyyə göstəricilərinin yekunlarınaəsasən bu il öz səhmdarlarına 129 milyon manat həcmində dividentlərödəməyi planlaşdırır.

Trend xəbər verirki, bunu bu gün PAŞA Bankın baş maliyyə inzibatçısı MuradSüleymanov bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimaiyerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, bank hər il xalis gəlirlərinin ən azı 30-40faizinin dividentlərin ödənilməsinə yönəldilməsinə dair üzərinəöhdəlik götürsə də, bu göstərici faktiki olaraq 50-70 faizcivarındadır.

Məqalədə:
Chosen
33
1
az.trend.az

2Sources