PAŞA Bank ASC ötən ilin maliyyə göstəricilərinin yekunlarına əsasən bu il öz səhmdarlarına 129 milyon manat həcmində dividentlər ödəməyi planlaşdırır.
Day.Az Trend-a istinadən xəbər verir ki, bunu bu gün PAŞA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, bank hər il xalis gəlirlərinin ən azı 30-40 faizinin dividentlərin ödənilməsinə yönəldilməsinə dair üzərinə öhdəlik götürsə də, bu göstərici faktiki olaraq 50-70 faiz civarındadır.