EN

Azərbaycanda Böyük şəhər bələdiyyələriyaradıla bilər - MM-də təklif



İri şəhərlərdə Böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir.

Bunu Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi vacibdir:

"İlk növbədə, bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur. Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaqdır. Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər. Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və "Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcək. Bu tədbirlərin mərhələli icrası yerli özünüidarəetmənin institusional dayanıqlığını artıracaq və idarəetmənin səmərəliliyini təmin edəcək".

ZÜMRÜD

Chosen
85
7
baki-xeber.com

10Sources