"Eyni zamanda, iri şəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir. Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaqdır. Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər. Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcək. Bu tədbirlərin mərhələli icrası yerli özünüidarəetmənin institusional dayanıqlığını artıracaq və idarəetmənin səmərəliliyini təmin edəcək".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta