EN

ABŞ universitetində atışma | ölənlər var

AzVision.az “ABC News” telekanalına istinadən xəbər verir ki, hadisə Orancburq şəhərciyindəki “Hugine Suites” tələbə yaşayış kompleksində baş verib. Atışmadan sonra təxminən 2800 tələbəsi olan universitet bir neçə saat mühasirəyə alınıb - giriş və çıxışlar bağlanıb, tələbələr və işçilər binada qalıblar.

Telekanal bildirir ki, hələlik şübhəli şəxs haqqında məlumat yoxdur. Ölənlərin şəxsiyyəti və yaralıların vəziyyəti də hələlik təsdiqlənməyib.

Faciə ilə əlaqədar dərslər ləğv edilib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
130
azvision.az

1Sources