EN

İH aydınlıq gətirdi: Abidənin yanında ağacların kəsilməsi...

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Göyərçin" abidəsinin yanında ağacların kəsilməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, İcra Hakimiyyətindən şəhər ərazisində yerləşən Nəsimi adına parkda aparılan yaşıllaşdırma və abadlıq tədbirləri çərçivəsində Yaşıllaşdırma İdarəsi tərəfindən quru və güclü külək nəticəsində qəzalı vəziyyətə düşüb, təhlükə yaradan ağacların kəsilməsinin həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılan baxış və verilmiş müvafiq rəyi əsasında icra olunub:

"Görülən tədbirlər park ərazisində ekoloji tarazlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıq sahələrinin sağlamlaşdırılması məqsədi daşıyır. Eyni zamanda kəsilən ağacların əvəzinin bərpası məqsədilə həmin ərazidə 300-ə yaxın yeni ağac əkilib".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
3
axar.az

4Sources