EN

Torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində…- Nazir müavini

Yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri dövlət reyestrinə daxil edilib.

Ekologiya.az bildirir ki, ədliyyə nazirinin müavini Toğrul Hüseynov bunu parlamentdəki çıxışında deyib.

“Yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib”, nazir müavini bildirib.

T.Hüseynov qeyd edib ki, görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin edilib. “Bələdiyyə aktlarının 97,2%-i qanunvericiliyə uyğundur”-məruzəçi deyib.

T.Hüseynovun sözlərinə görə, 2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib:

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”.

Chosen
44
4
ekologiya.az

10Sources