UEFA 2024/2025-ci illər mövsümü üzrə illik maliyyə hesabatını dərc edib.
90deqiqe.Az-ın məlumatına görə, hesabatda Qarabağ klubunun UEFA Avropa Liqasından ötən mövsüm əldə etdiyi gəlir də yer alıb.
Məlumata əsasən, Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro qazanıb.
Bu məbləğin 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazanmasına görə ödənilib. Klubun kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib.
“Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min avro, yekun sıralamaya əsasən isə əlavə olaraq 75 min avro əldə edib.
Qeyd edək ki, Avropa Liqasında maliyyə bölgüsü iştirak haqqı, nəticələr və kommersiya gəlirləri əsasında müəyyənləşdirilir.