AZ

UEFA “Qarabağ”a Avropa Liqasındakı çıxışına görə 8 milyon avroya yaxın vəsait ödəyib

“Qarabağ”ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.

Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib. “Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun sıralamaya əsasən isə 75 min avro alıb.

İdman.Biz
Məqalədə:
Seçilən
6
14
idman.biz

10Mənbələr