AZ

UEFA “Qarabağ”a Avropa Liqasındakı çıxışına görə 8 milyon avroya yaxın ödəniş edib

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.

SİA xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.

Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib. “Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun sıralamaya əsasən isə 75 min avro alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
14
sia.az

10Mənbələr