EN

ABŞ-də universitet kampusunda ATIŞMA: Ölənlər var

ABŞ-nin Cənubi Karolina ştatında yerləşən universitet kampusunda atışma baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub, azı bir nəfər isə yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, insident fevralın 12-si axşam saatlarında "Hugine Suites" yaşayış kompleksində baş verib. Yerli vaxtla saat 21:15 radələrində universitetdə təcrid (lockdown) rejimi elan edilib və hazırda da qüvvədə qalır. Cənubi Karolina Hüquq-Mühafizə Departamenti (SLED) hadisə ilə bağlı araşdırma aparır.

Fevralın 13-də universitetdə dərslər ləğv edilib, tələbələrə psixoloji dəstək göstərilir. Atışmanı törədən şəxsin kimliyi və motivləri barədə hələlik məlumat verilmir.

Chosen
23
far.az

1Sources