Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb. 1news.az xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib. Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.