Bakıda hoteldə meyit tapılıb.

Leqal.info xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində qeydə alınıb.

Şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info