
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 12-si saat 13:34 radələrində mərkəzə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2001-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.
***
Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.
Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.